Türkiyə Qara dənizdə təbii qazın hasilatına bir addım da yaxınlaşıb.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Twitter“ hesabında paylaşım edib.
“Hər keçən günlə hədəfimizə addım-addım yaxınlaşırıq”, – paylaşımda qeyd olunub.
Onun sözlərinə görə, “Sakarya” qaz yatağının işlənilməsi çərçivəsində bir sıra tkinti işləri aparacaq “Arctic” gəmisi artıq Türkiyədədir.