OPEC+ texniki komitəsinin oktyabrın 4-nə planlaşdırılan iclası ləğv edilib.
Bu barədə TASS-a nümayəndə heyətlərindən olan mənbə məlumat verib.
İclasın ləğv olunmasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, OPEC alyans ölkələrinin 2020-ci ilin martından bəri ilk dəfə oktyabrın 5-də OPEC-in Vyanadakı mənzil-qərargahında təkbətək görüş keçirəcəyini bildirmişdi. Əvvəlcə monitorinq komitəsinin iclası, daha sonra isə nazirlərin iclası nəzərdə tutulub.