Rusiya Ukraynanın ekologiyasına 35.3 milyard dollar ziyan vurub.
Bunu Ukraynanın ekologiya naziri Ruslan Strelets Strasburqda Avropa İttifaqı Parlamentində keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, milyonlarla hektar təbiət qoruqları hazırda təhlükə altındadır:
“Ukraynada qorunan ərazilərin beşdə biri məhv olmaq təhlükəsi altındadır və artıq 2000-ə yaxın ətraf mühitə dəymiş ziyan qeydə alınıb. Havanın çirklənməsinin vurduğu ziyan təqribən 25 milyard avro qiymətləndirilib və torpağa dəymiş ziyanın aradan qaldırılması üçün daha 11.4 milyard avroya ehtiyac var.
Müharibənin cəmi 7 ayında atmosferə 31 milyon ton karbon buraxılıb. Rusiya ordusu tərəfindən dağıdılmış infrastruktur və binaların bərpası zamanı daha 79 milyon ton istixana emissiyası yarana bilər”.