15 C
Baku
Saturday, October 19, 2024

“Unikapital” dövriyyəsinə görə ilk 3-lükdən çıxıb, bazarda mövqe itirib

“Unikapital İnvestisiya Şirkəti” ASC də cari ildə 2021-ci ildəki nəticələrə nail ola bilməyib, dövlət qiymətli kağızları portfeli xeyli zəifləyib.

Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində investisiya şirkəti 61.47 mln. manat Mərkəzi Bank notlrı üzrə, 46.47 mln. manat dövlət istiqrazları üzrə əməliyyat həyata keçirib.

2021-ci ilin ilk 9 ayı ilə müqayisədə portfellər müvafiq olaraq 80.9% və 87.3% azalıb.

Bildirək ki, investisiya şirkətləri qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidmətini də həyata keçirir. Həmçinin qiymətli kağızların öhdəlik götürmədən və ya götürməklə yerləşdirilməsi və anderraytinqini aparırlar.

Dövlət qiymətli kağızlar üzrə portfel bu il 2021-ci ildən daha dardır. Əlavə olaraq “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və “ABB İnvest İnvestisiya Şirkəti” QSC kimi yeni rəqiblər onun bu bazarda öncəki illərdəki kimi pay götürməsinə imkan yaratmayıb.

“CPM-İnvest” Mərkəzi Bankın notlrı üzrə 346.4 mln. manat və dövlət istiqrazları üzrə 703.27 mln. manatlıq əməliyyat aparıb. “ABB-İnvest”də bu müvafiq olaraq  560.69 və 161.52 mln. manatdır.

“Unikapital” korporativ istiqrazlar üzrə dövriyyəsi ötən ilin ilk 9 ayında  9.8 mln. manat olduğu halda cari ildə bu rəqəm 310.49 mln. manata çatıb.

Ümumi dövriyyə isə ilin ilk 9 ayında  1 mlrd. 116.5 mln. manat olub, bu da 71.2% azalmadır. Ötən il  3 mlrd. 872.99 mln. manatla ikinci yerdə idi. Cari ildə mövqe itirərək 4-cü yerə düşüb.

Son xəbərlər
Digər xəbərlər