3 C
Baku
Saturday, December 14, 2024

Aİ Ukraynaya AES-də fəlakət təhlükəsi səbəbindən 5 milyon doza yod tədarük edib

Avropa İttifaqı (Aİ) atom elektrik stansiyasında (AES) fəlakət ehtimalına görə Ukraynaya 5 milyon doza yod verib.

Bunu Aİ-nin böhranların idarəedilməsi üzrə komissarı Janez Lenarçiç RND redaksiya assosiasiyasına müsahibəsində deyib.

“Biz artıq AES-lərin yaxınlığında yaşayan, təhlükə altında olan insanlar üçün Ukraynaya 5 milyon doza yod çatdırmışıq”, – Lenarçiç bildirib.

Xatırladaq ki, Ukraynanın Enerqodar şəhərində yerləşən, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES hazırda Rusiya hərbi qüvvələrinin nəzarəti altındadır.

 

 

Son xəbərlər
Digər xəbərlər