11 C
Baku
Monday, November 25, 2024

“Bu layihə 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq” – Mikayıl Cabbarov

Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında rezident olmaq üçün 30 mln. manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində məlumat verib.

Bildirib ki, “Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılmasından 1 il keçir. Sahibkarlar üçün əlverişli investisiya imkanlarına malik Sənaye Parkı regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdir. Hazırda rezident olmaq üçün 30 mln. manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır.

Bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması imkanı yaradacaq”.

Mikayıl Cabbarov qeyd edib ki, Sənaye Parkının ilk rezidenti KAMAZ Lizinq Azərbaycan isə artıq tikinti işlərinə başlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər