10 C
Baku
Friday, December 27, 2024

MTN generalı müsadirə olunmuş əmlaklarını geri istəyir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general-mayoru Mövlam Şıxəliyev barəsində çıxarılmış hökmdən narazıdır. General Bakı Hərbi Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

Generalın vəkili Ceyhun Yusifov faktı təsdiq edib. O bildirib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə qətiyyən razı deyillər: “Məhkəmə istintaqı zamanı Mövlam Şıxsəliyevin təqsirli olması sübuta yetirilmədiyi halda məhkəmə ədalətsiz azadlıqdan məhrumetmə qərarı çıxardı. Ona heç bir aidiyyəti olmayan əmlakların müsadirəsi həyata keçirildi. Hər iki xüsusatla bağlı apellyasiya şikayəti tərəfimizdən məhkəməyə təqdim edildi. Ümidvaram ki, Bakı Apellyasiya Məhkəməsi zərərçəkmiş kimi tanınmış şəxslərin təzyiqini deyil, qanunun aliliyini mötəbər sübutlara uyğun işə hüquqi qiymət verəcək”.

Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

Uzun müddət davam edən məhkəmə bu il sentyabrın 21-də yekunlaşıb. Bakı Hərbi Məhkəməsi M.Şıxəliyevə 12 il azadlıqdan məhrum etmə cəzası verib. Bundan başqa generalın və ailəsinin mülkiyyətində olan 7.7 milyon manatlıq əmlak müsadirə edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər