16 C
Baku
Wednesday, October 30, 2024

“AtaSığorta”da yeni təyinat olub

İdarə Heyətinin qərarına əsasən, xidmət səviyyəsinin artırılması məqsədilə 2014-cü ildən sığorta sektorunda çalışmış, kifayət qədər geniş təcrübəyə malik olan Məmmədov Orxan Qalib oğlu 05 oktyabr 2022-ci il tarixdən Cəmiyyətin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

 “AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verərək 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. 

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə şirkətin Çağrı Mərkəzi olan 936 24/7 rejimdə fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər