2040-cı ilə qədər Bakı Bulvarının ərazisinin genişləndirilməsi, yaşıllıqların sahəsinin təxminən 4 dəfə artırılması nəzərdə tutulur.
Bunu Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
“Paytaxtın yeni Baş Planı çərçivəsində bulvarın uzunluğu 25 km-dən çox olacaq. Yaşıllıq sahəsinin isə indiki 920 hektardan 3 169 hektara çatdırılması planlaşdırılır”, – deyə o, qeyd edib.