5 C
Baku
Saturday, December 14, 2024

Putin səfərbərliyə çağırış qaydasında dəyişiklik edib

Rusiya prezidenti Vladimir Putin səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında fərmanda dəyişiklik edib.

Putinin fərmanı haqda məlumatı Kreml yayıb.

Sənədə əsasən, üç kateqoriyadan olan şəxslərə səfərbərlikdən möhlət veriləcək: aspirantlar, dövlət akkreditasiyasından keçmiş özəl universitetlərin tələbələri, həmçinin ali məktəblərin axşam şöbələrinin tələbələri.

Xatırladaq ki, sentyabrın 21-də prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. O bildirib ki, səfərbərliyə hərbi xidmətdə təcrübəsi olan, qoşunlar arasında tələbat olan ixtisaslara malik ehtiyatdakı hərbçilər çağırılacaq. Müdafiə naziri Şoyqu isə qeyd edib ki, səfərbərliyə 300 min nəfərə qədər insanın çağırılması planlaşdırılır. Artıq 200 min nəfərin çağırılaraq hərbi hissələrə göndərildiyi bildirilir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər