ABŞ və Koreya Respublikası hərbçiləri ikigünlük birgə dəniz təlimlərinə başlayıblar.
Bu barədə Koreya Respublikası SQ Baş Qərargahı məlumat yayıb.
“Biz Şimali Koreyanın təxribatlarına cavab olaraq hərbi potensialımızı və döyüş qabiliyyətimizi yüksəltməyə davam edirik” – deyə məlumatda bildirilir.
Yapon dənizində keçirilən manevrlərdə müxtəlif tip hərbi gəmilər iştirak edir.