Çinin 12 hərbi təyyarəsi və 4 gəmisi manevrlər zamanı Tayvan sərhədinə yaxınlaşıb.
Bu barədə Tayvanın Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.
İddia olunur ki, manevrlər zamanı iki təyyarə – “Su-30” qırıcısı və “BZK-005” tipli kəşfiyyat pilotsuz təyyarəsiTayvan boğazının sözdə median xəttini keçib.
Tayvan hərbçiləri buna hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaq və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun 2-3-də Taybeyə səfərindən sonra Çin ordusu belə manevrləri müntəzəm olaraq keçirir.