“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında 67 adda müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, məhv edilmiş məhsulların ümumi çəkisi 11 446.60 kq təşkil edib. Onlar istehlaka yararsız və istifadə müddəti bitmiş olub.
Qeyd edək ki, “AZ FP CO” LTD MMC 2011-ci ildə “Milla” markası ilə süd məhsulları bazarında fəaliyyətə başlayıb.