Avropada təbii qazın birja qiymətləri iyunun 29-dan sonra ilk dəfə olaraq min kubmetr üçün 1500 dollardan aşağı düşüb.
Banker.az xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçersləri günə 6 %-lik ucuzlaşma ilə başlayıb və hazırda bir kubmetr üçün 1 489 ABŞ dolları səviyyəsində ticarət olunur. Qiymət dinamikası cümə günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 1 582.9 dollar) əsasən hesablanır.