1 C
Baku
Saturday, December 14, 2024

Ukrayna xarici ölkələrdən kömək istəyib

Oktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edib.

Ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib ki, Kiyevə təcili kömək lazımdır.

“Öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır”, – o tviterdə yazıb.

A.Qeraşşenko dünya dövlətlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri istəyib: “Gecikmələr insan ölümünə səbəb olur. Bizə sağ qalmağımıza kömək edin. Qalib gəlməyimizə kömək edin”.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin yeganə taktikası dinc şəhərlərdə terror törətməkdən ibarətdir: “Amma o, Ukraynanı parçalaya bilməyəcək”.

D.Kulebanın fikrincə, bu, həm də tərəfləri sülhə çağıranlara mesajdır: “Putin raketlərlə danışan terrorçudur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər