Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə britaniyalı həmkarı Ceyms Kleverli arasında telefon danışığı olub.
Bu barədə Kuleba tviterdə yazıb.
O bildirib ki, Britaniya Ukraynaya dəstəyini gücləndirəcək.
“Bizə hava hücumundan müdafiə sistemlərinin lazım olduğunu, Rusiyanın terrorçu dövlət kimi tanınmasının zəruriliyini diqqətə çatdırdım. Ukrayna Rusiyanın raket zərbələrinə müqavimət göstərəcək”, – nazir yazıb.
Kuleba bildirib ki, heç nə Ukraynanın iradəsini sındıra bilməz.