Rusiyanın oktyabrın 10-da Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutması nəticəsində ölənlərin sayı 19 nəfərə, yaralıların sayı isə 105-ə çatıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, Rusiya raketləri Ukrayna paytaxtı Kiyevlə yanaşı, ölkənin 12 vilayətində mühüm obyektlərə və mülki infrastruktura düşüb. Nəticədə 30-dan artıq yanğın baş verib. Kiyev, Lvov, Sumı, Ternopil və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.
Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın Ukrayna paytaxtı Kiyev şəhəri və başqa vilayətlərə raket hücumu nəticəsində 70-ə yaxın obyektə ziyan dəyidiyi bildirilmişdi. Hücum 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.