“Bu gün bir çox müsəlman ölkələrində islam qaydaları ilə işləyən maliyyə qurumları, o cümlədən banklar var. Azərbaycan isə bu sahə inkişaf etmir”.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Dindar şəxslərimiz faiz məsələsinə görə vəsaitlərini aparıb, islam bankçılığının olduğu ölkələrə yatırır. Nəticədə Azərbaycandan kapital (investisiya) axır”, – deyə o, qeyd edib.