Oktyabrın 12-də Ukrayna üzrə Təmas Qrupunun altıncı iclası baş tutacaq.
Toplantı Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
İclasda 50-dən çox dövlət nümayəndəsinin, o cümlədən ABŞ müdafiə naziri Lloyd Oustinin iştirakı gözlənilir.
Məlumata görə, yaxın günlərdə həmçinin NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşü də planlaşdırılıb.
Qeyd edək ki, təmas qrupunun sonuncu iclası bu ilin sentyabrın 8-də keçirilib.