7 C
Baku
Thursday, December 12, 2024

Prezident: “Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması investisiyaların cəlb olunmasına xidmət edəcək”

“Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması investisiyaların cəlb olunmasına və yeni iş yerlərinin açılmasına xidmət edəcək”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasının yekunlarına dair deyib.

Dövlət başçısı Bişkekə indiki səfərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, yarım il əvvəl Qırğız Respublikası Prezidenti Sadır Japarovun Azərbaycana səfər etdiyini xatırladıb.

“Altı ay əvvəl biz sizi Bakıda qonaq etdik, bu gün isə mən Bişkekdəyəm. Bu, planlaşdırdığımız hər şeyi həyata keçirmək niyyətində olduğumuzdan xəbər verir. Bir qayda olaraq, cavab səfərləri bir ildən tez baş tutmur, bizdə isə cəmi yarım il sonra baş tutdu. Bu, bizim nəticəyə kökləndiyimizdən xəbər verir. Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Bakı sessiyasında nəzərdə tutduğumuz hissə artıq həyata keçirilib. İlk növbədə, Qırğızıstan-Azərbaycan birgə İnkişaf Fondunun yaradılması inkişafa, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi-ticarət sahəsində əməkdaşlığın qurulması üçün daha böyük zəmin yaradılmasına xidmət edəcək”, – dövlət başçısı bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər