Bu gün “Bakı Fond Birjası” QSC (BFB), Asiya İnkişaf Bankı (ADB) və “PwC Azerbaijan” şirkəti arasında görüş keçirilib.
Banker.az xəbər verir ki, görüşdə Birjanın fəaliyyəti, ticarət dövriyyəsi, kapital bazarlarının infrastrukturu, ilkin və təkrar bazarlar üzrə perspektiv və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.