24 C
Baku
Sunday, September 29, 2024

Peskov Rusiya və ABŞ arasında görüşlər üçün heç bir təşəbbüs olmadığını bildirib

Rusiya və ABŞ arasında yüksək səviyyəli görüşlərlə bağlı hər iki tərəfdən heç bir təşəbbüs yoxdur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bildiyim qədər, nə Rusiya, nə də Amerika tərəfi yüksək səviyyədə ikitərəfli təmasların təşkili üçün heç bir təşəbbüs göstərməyib”, – Peskov jurnalistlərə G20 çərçivəsində iki liderin görüşünün mümkün olub-olmaması sualını cavablandırarkən deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər