Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı gündən etibarən ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımın məbləği 16.8 milyard dollar olub.
Bu barədə Pentaqon rəhbəri Lloyd Ostin məlumat verib.
O həmçinin bildirib ki, Ukraynanın müdafiə ehtiyaclarını qarşılamaq üçün ABŞ hərbi sənaye istehsalına investisiyaların həcmini artırıb.