Azərbaycan ənənəvi neft-qaz istehsal edən ölkə olaraq bu gün yaşıl enerji sahəsində ciddi tədbirlər görür.
Bunu “Rusiya Enerji Həftəsi”nin plenar iclasında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Biz artıq praktiki olaraq müvafiq sənədləri imzalamışıq, Azərbaycanda xarici investisiyanın hesabına 470 MVt gücündə külək və günəş enerjisi stansiyasının qismən tikintisinə başlamışıq. Xəzər dənizinin Azərbaycan sektorunda isə daha böyük həcmdə günəş-külək enerjisi üçün potensialımız var. Hansı ki, biz bundan daxili ehtiyacları ödəmək, eyni zamanda tərəfdaşlarımıza və qonşularımıza ixrac etməyi reallaşdırmağı düşünürük. Biz bu cür layihələr üzərində işləyirik. Bu isə o deməkdir ki, praktiki olaraq enerji transformasiyası prosesindəyik”, – Azərbaycanın energetika naziri qeyd edib.