9 C
Baku
Thursday, December 12, 2024

Putin Əfqanıstana dəymiş ziyanı kompensasiya etməyə çağırıb

Rusiya işğal illərində Əfqanıstana dəymiş ziyanı kompensasiya etməyə və bloklanmış vəsaitlərini qaytarmağa çağırır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinin VI Zirvə Toplantısında çıxışında bildirib.

“Əfqanıstan ərazisində vəziyyəti normallaşdırmaq üçün, əlbəttə ki, onun iqtisadi bərpasına birgə kömək etmək lazımdır. Amma ilk növbədə, biz işğal illərində əfqanlara dəymiş ziyanı kompensasiya etməyə və qeyri-qanuni dondurulan vəsaitlərini qaytarmağa çağırırıq”, – deyə Rusiya Prezidenti vurğulayıb.

O əlavə edib ki, Əfqanıstandakı vəziyyəti həll etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatı və onun regional antiterror strukturlarını cəlb etmək faydalı olardı. Terrorizmdən danışan Putin Rusiyanın Kabildəki səfirliyində baş verən partlayışı və bir sıra davamlı qanlı terror aktlarını xatırladıb: “Təəssüf ki, Əfqanıstan regionumuz üçün ən kəskin təhlükəsizlik problemlərindən biri olaraq qalır. Həmkarlar bu gün artıq bu barədə danışdılar . ABŞ və NATO-nun 20 ildən çox hərbi mövcudluğundan, onların siyasətinin uğursuzluğundan sonra bu ölkə terror təhlükələri ilə bağlı heç bir problemi müstəqil həll etmək qabiliyyətində olmayıb”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər