11 C
Baku
Wednesday, December 11, 2024

Ukrayna BVF-dən $1.3 milyardlıq təcili maliyyə vəsaiti alıb

Ukrayna Beynəlxalq Valyuta Fondundan 1.3 milyard dollar həcmində təcili maliyyə vəsaiti alıb.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

“Ayrılan vəsait təcili ehtiyacların maliyyələşdirilməsinə yönəldiləcək. Bura müdafiə qabiliyyətinin gücləndirilməsi, pensiyaların ödənilməsi, sosial proqramlar və iqtisadiyyatın dəstəklənməsi daxildir”, – deyə Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə BVF müharibə başlayandan bəri Ukraynaya 2.7 milyard dollar yardım edib: “Həmçinin yaxın gələcəkdə biz Fondla gələn ildən işə düşəcək yeni xüsusi proqramın hazırlanmasına başlayacağıq”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər