12 C
Baku
Saturday, November 23, 2024

SSRİ kimi dağılma riski. Çin lideri “strateji səhv” siqnalını niyə verib?

ÇİN KOMMUNİST PARTİYASININ BAZAR günü Pekində qurultayı keçiriləcək. Qurultaya hazırlaşan partiyanın sədri və ölkəsinin lideri Si Cinpinin Çinin gələcək inkişafı ilə bağlı məqaləsi yayımlanıb. Si Cinpinin fikrincə, ölkəsi dünya liderləri sırasında yerini möhkəmlətməlidir. Kommunizmin qurulması ideyasından imtina etməyən Si Cinpin SSRİ-nin acı taleyini yaşamamaq üçün məqaləsində partiya yoldaşlarını strateji səhvlər buraxmamağı tövsiyə edib.

Si Cinpin “strateji səhv” dedikdə nəyi nəzərdə tutub?

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçıva hakimiyyətə gəldiyi 1985-ci ildə islahatlara başladı. Ancaq uzun illər qapalı ölkənin və qapalı rejimin başlatdığı islahatlar imperiyanın dağılmasını sürətləndirdi. Qorbaçovun hakimiyyətə gəlişinin 6-cı ilində SSRİ dağıldı.

Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahioğlunun fikruncə buna görə də Si Cinpin “strateji səhv” dedikdə SSRİ-dəki islahatları nəzərdə tutub.

“Yəni kommunist lider hesab edir ki, Çin siyasi islahatlara başlasa, fikir müxtəlifliyinə şərait yaratsa ölkənin SSRİ kimi dağılması labüd olacaq”- deyə, o bildirir.

Si Cinpinin məntiqinə görə, Kommunist Partiyası ölkəni doğru istiqamətdə inkişaf etdirir və nəyisə dəyişməyə ehtiyac yoxdur. Siyasi sistem olduğu kimi qalmalıdır. Si Cinpin məqaləsində ABŞ-la qarşıdurmadan, Tayvan böhranından da söz açıb. Çin lideri ölkəsinin xarici və təhlükəsizlik siyasətində prinsipal mövqeyindən geri çəkilməyəcəyini bir daha vurğulayıb. Bu o deməkdir ki, Pekin Tayvana nəzarət siyasətindən imtina etməyəcək və ABŞ-la gərginlik davam edəcək.

Si Cinpin Çin Kommunist Partiyasının 16 oktyabr qurultayında üçüncü dəfə partiyanın sədri seçilmək istəyir. Onun yazdığı məqalə bu məqsədə xidmət edir. Ancaq bu gedişat partiya sıralarında heç də hamının ürəyincə deyil. Çünki bir qrup kommunist hesab edir ki, Si Cinpin 1980-ci illərdən qoyulan ənənəni pozur. Bu ənənəyə görə bir şəxs partiyada iki dəfədən çox sədr seçilməməlidir.

E.Şahinoğlu bildirir ki, bundan başqa, illərdir artım göstərən Çin iqtisadiyyatında ciddi problemlər müşahidə edilir.

“Dünya Bankının hesabatına görə Çin iqtisadiyyatı bu il cəmi 2.8 faiz artım göstərə bilər. Halbuki, Çin hakimiyyəti 5.5 artıma çatacaqlarına ümid edirdilər. Bir qrup kommunist iqtisadiyyatdakı geriliməni Si Cinpinin yanlış idarəetməsi ilə əsaslandırır”.

Son xəbərlər
Digər xəbərlər