10 C
Baku
Tuesday, November 26, 2024

MDB-nin icraçı katibi vəzifəsinin adı dəyişdirilərək baş katib adlandırılıb

MDB-nin icraçı katibi vəzifəsinin adı dəyişdirilərək baş katib olub, müvafiq qərar bu gün Birlik dövlətlərinin başçıları tərəfindən Astanada keçirilən sammitdə qəbul edilib.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Bildirmək istəyirəm ki, biz məhdud çərçivədə görüşdə MDB-nin icraçı katibi vəzifəsinin MDB-nin baş katibi postuna dəyişdirilməsi məsələsini müzakirə etdik. Prinsipcə, icra orqanının statusunun yüksəldilməsi vacibdir. Burada daha çox, söhbət Sergey Nikolayeviç Lebedevdən gedir, o, Müstəqil Dövlətlər Birliyinin baş katibi kimi vəzifəni tutmağa tamamilə layiqdir. Baş katib vəzifəsinin özü müəyyən dərəcədə və bəlkə də böyük ölçüdə ümumi təşkilatımızın statusunu qaldırır”, – deyə Tokayev vurğulayıb.

MDB İcraiyyə Komitəsinin sədri–icraçı katibi Sergey Lebedev baş katib vəzifəsinə seçilib.

Qeyd edək ki, Astana sammitində MDB ölkələrinin liderləri Lebedevin Birliyin icraiyyə komitəsinin rəhbəri kimi səlahiyyətlərinin daha üç il müddətinə uzadılması barədə qərar qəbul ediblər. Sergey Lebedev bu vəzifəni 2007-ci ildən tutur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər