15 C
Baku
Sunday, November 24, 2024

Finlandiya XİN ruslara viza verən işçilərini ixtisar edir

Finlandiya Xarici İşlər Nazirliyi əməkdaşlarının vizaların rəsmiləşdirildiyi və verildiyi Kouvola şəhərindəki ofisinin işçilərini ixtisar etməyi planlaşdırır. 

Bu barədə RİA Novosti diplomatik xidmətə istinadən məlumat yayıb.

“Xarici İşlər Nazirliyi Kouvoladakı Giriş İcazəsi Mərkəzində işçilərin ixtisarı ilə bağlı danışıqlara başlayacaq. Danışıqlar bu mərkəzdə viza müraciətlərinə baxan işçilərə aiddir”, – nazirlikdən bildiriblər.

Bundan əvvəl Finlandiyaya nişanlısı ilə evlənməyə gedən Sankt-Peterburq sakini Anton Kumeikonun vizası sərhəddə ləğv edilib.

İmtina sənədlərində qeyd olunub ki, “Şengen üzvü olan dövlətlərdən biri və ya bir neçəsi sizin onların beynəlxalq münasibətləri üçün təhlükə yaratdığınızı hesab edir”.

Kumeyko etiraf edib ki, o, Finlandiya vətəndaşı olan nişanlısı ilə bundan əvvəl rəsmi nikah bağlasaydı, ona icazə veriləcəkdi.

Son xəbərlər
Digər xəbərlər