“Rusiya İrandan yeni “Arash-2” PUA-ları sifariş edib”.
Bu barədə Hərbi-Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Rojin özünün “Telegram” kanalında məlumat verib.
Mütəxəssis İran mənbələrinə istinad edib. Onun sözlərinə görə, yeni PUA-ların döyüş başlığı İranın “Geran-2” dronlarının lokallaşdırılmış versiyasından xeyli böyükdür.
“İranın əslində çox sayda kəşfiyyat, zərbə, kamikadze tipli müxtəlif maraqlı PUA-ları var. Onların bir çoxu müxtəlif döyüş əməliyyatlarında sınaqdan keçirilib”, – deyə Rojin qeyd edib.