Küveyt, Bəhreyn, Oman və İraq OPEC+ ölkələrinin Vyanada keçirilən iclasında neft hasilatının azaldılmasına dair qərarını dəstəkləyib.
Bu barədə Küveytin KUNA agentliyi məlumat yayıb.
Küveyt Milli neft Şirkəti bildirib ki, qərarda məqsəd istehsalçı və istehlakçıların maraqlarını qorumaqdır.
İraq Neft Şirkəti SOMO bildirib ki, yeni qərar obyektivdir və iqtisadi cəhətdən əsaslandırılıb.