14 C
Baku
Saturday, November 23, 2024

İran Venesuelada ilk neft emalı zavodunu açıb

İranın neft naziri Cevad Uvci İranın Venesuelada ilk neft emalı zavodu “El Palito”nun istifadəyə verildiyini açıqlayıb.

Banker.az Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, nazir bu barədə Tehranda keçirilən tədbirdəki çıxışında danışıb. O qeyd edib ki, yeni neft emalı zavodunun gücü sutkada 100 min barreldir.

Xatırladaq ki, may ayında Tehranda Venesuela prezidenti Nikolas Maduro və İran prezidenti İbrahim Rəisi 20 illik strateji əməkdaşlıq sazişi imzalayıblar. Bu mühüm saziş enerji, neft, qaz, neft emalı, neft-kimya, maliyyə və müdafiə sənayesi kimi sahələri əhatə edir.

Son xəbərlər
Digər xəbərlər