Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Belarusa xəbərdarlıq edib.
O, bu barədə tviterdə yazıb.
Nazir bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya qoşunlarına Ukraynaya hücum etmək üçün öz ərazisindən istifadə etməyə icazə verir: “Beləliklə, Belarus Ukrayna ilə müharibə aparır. Əgər Belarus təcavüzdə birbaşa iştirak edirsə, biz Minski daha çox sanksiyalar və beynəlxalq təcridlə sıxışdırmalıyıq”.
XİN başçısı həmçinin Ukraynaya daha çox silah yardımının zəruriliyini vurğulayıb.