20 C
Baku
Friday, May 3, 2024

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” 1-ci xətt magistral qaz kəmərində aşkar olunan güclü qaz sızmasının ləğvi ilə əlaqədar, bu gün saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Yastı Meşə” ölçü qovşağından, “Sarıtəpə”, “Morul”, “Zəhmət” QTM-lərdən, “Çənlibel”, “Gədəbəy”, “Zəyəm”, “Alakol”, “Qovlar”, “Dondarquşçu” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İB-dən bildirilib ki, təmir işləri görülən müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər