Ermənistan və Hindistan müdafiə nazirləri görüşüb.
Bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan sosial şəbəkədəki hesabında bildirib.
“Hindistana işgüzar səfərim çərçivəsində bu ölkənin müdafiə naziri Şri Rajnat Sinxlə görüşdüm. Biz əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdik və tərəfdaşlığın genişləndirilməsi imkanlarını, o cümlədən ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın bir sıra məsələlərini müzakirə etdik. Mən həmkarımı Ermənistana rəsmi səfərə dəvət etdim”, Ermənistan müdafiə naziri qeyd edib.