Türkiyənin 2023-cü il dövlət büdcəsində müdafiə xərcləri 468.7 milyard lirə (25.2 milyard dollar) səviyyəsində planlaşdırılır.
Bu barədə dövlət büdcəsinin parlamentə təqdim olunan layihəsində deyilir.
Bu, ölkə tarixində qeydə alınan ən yüksək müdafiə xərcləri ola bilər.
Qeyd edək ki, bundan əvvəlki rekord müdafiə xərcləri 20.6 milyard dollar təşkil etməklə, 2019-cu ildə müəyyən edilmişdi.
2021-ci ildə isə Türkiyənin müdafiə xərcləri 15.4 milyard dollara bərabər idi.