Türkiyə ordusu yaxınmənzilli ballistik raket sınaqdan keçirib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
İki mənbənin agentliyə verdiyi məlumata görə, “Tayfun” raketi səhər saat 07:00 radələrində Rizə şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km məsafədə qət edərək Qara dənizin Sinop şəhəri yaxınlığındakı sahillərinə düşüb.
Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.
“Bloomberg” qeyd edir ki, Türkiyə hökuməti raketlə bağlı hər hansı məlumat verməkdən imtina edib.