Avropada qazın qiyməti iyunun 15-dən bəri ilk dəfə 1 000 kubmetr üçün 1 100 ABŞ dollarından aşağı düşüb. Bunu London ICE birjasının məlumatları göstərir.
Niderlanddakı TTF habında noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 090,5 ABŞ dollarına və ya 1 MVt/saat üçün 107,355 avroya düşüb.
Günün əvvəlindən qazın qiymətinin ümumi azalması təqribən 16 % təşkil edir.