Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti “SOCAR Georgia”nın departament rəhbərlərindən biri vəzifəsindən gedib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, İnsan resursları departamentinin rəhbəri Açil İosebidze (Achil Iosebidze) vəzifəsini tərk edib.
Onun yerinə hansısa təyinat olması barədə rəsmi səhifə hansısa məlumat yerləşdirməyib.
Qeyd edək ki, “SOCAR Georgia”nın baş direktoru Azərbaycan vətəndaşı Mahir Məmmədovdur.