3 C
Baku
Saturday, December 14, 2024

Kolumbiya Prezidenti ABŞ-ı qlobal iqtisadiyyatı məhv etməkdə ittiham edib

Amerika Birləşmiş Ştatları digər ölkələri nəzərə almadan öz iqtisadiyyatını qorumaq üçün dünya iqtisadiyyatını məhv edir.

Bunu Kolumbiya Prezidenti Qustavo Petro deyib.

Onun fikrincə, qarşıdan şübhəsiz iqtisadi böhran gəlir və ABŞ faktiki olaraq dünyanın bütün iqtisadiyyatlarını məhv edir.

Petro əlavə edib ki, ruslar, avropalılar qitədə qaz və enerji uğrunda müharibəyə başladıqdan sonra Avropa iqtisadiyyatı çökür və Almaniya, Böyük Britaniya, İspaniya, Fransa böhran içindədir.

“ABŞ bəzən nəticələrini düşünmədən özünü qorumaq üçün tədbirlər görür. Latın Amerikası ölkələrinin iqtisadiyyatı zəifləyib, Latın Amerikası talan edilib. Bütün valyutalarımız düşür, təkcə Kolumbiya pesosu deyil”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər