2 C
Baku
Sunday, December 15, 2024

Deputat İqbal Məmmədova aid olduğu bildirilən “Lerik Broyler” auditdən yayınır

İqbal Məmmədova aid olan “Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyət cərimələnir.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Lerik Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Atabəy Kiçibəyovdur.

İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Lerik Broyler” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Nail Rufulallıdır.

Son xəbərlər
Digər xəbərlər