21.6 C
Baku
Monday, October 7, 2024

Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmaları proqnozu 971 mln. üstələdi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 451.4 milyon manat vəsait daxil olub.

Bu barədə Banker.az-a Nazirlikdən bildirilir.

Bu da proqnoza nisbətən 970.7 milyon manat və ya 10.2 faiz çoxdur.

Həmçinin 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4097.0 milyon manat və ya 64.5 faiz çoxdur.

Daxilolmaların 59.2 faizi və yaxud 6191.7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1498.9 milyon manat və ya 31.9 faiz çox olub.

Son xəbərlər
Digər xəbərlər