Avropa İttifaqına enerji sektorunda böhrana qarşı tədbirləri qəbut etmək üçün daha bir neçə həftə lazım olacaq.
Bu barədə Aİ sammitinin ikinci iclasına gələrkən Belçikanın baş naziri Aleksandr De Kroo deyib.
Onun sozlərinə görə, bu tədbirlərə qaz qiymətlərini məhdudlaşdırmaq üçün müxtəlif addımların atılması da daxildir.
“Mən məmnunam ki, biz [Aİ sammitində] bu tədbirləri müzakirə etdik, lakin indi onları işləyib bitirmək və aydınlaşdırmaq üçün ən azı bir neçə həftə vaxt lazım olacaq”, – baş nazir qeyd edib.