10 C
Baku
Monday, November 25, 2024

Daha bir broker şirkət ASA-nın üzvü oldu

Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) üzvlüklə bağlı daxil olmuş daha bir müraciətə baxılıb və qəbul edilib.

ASA-dan verilən məlumata görə, “Liman Sığorta və Təkrarsığorta Brokeri” şirkətinin Azərbaycan Sığortaçılar Assosiasiyasına üzvlüklə bağlı ünvanladığı müraciət müsbət qiymətləndirilib və adı çəkilən şirkət ASA-nın üzvlüyünə qəbul edilib.

Broker şirkət ASA-ya üzv olmaqla Assosiasiyanın komitə iclaslarında və həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edəcək, bununla yanaşı fəaliyyətinin stimullaşdırılmasında ASA-nın imkanlarından istifadə edə biləcək.

ASA-dan bildirilir ki, hazırda daha 3 sığorta brokeri şirkətinin Assosiasiyaya üzvlüklə bağlı müraciətinə baxılır.

Son xəbərlər
Digər xəbərlər