10 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan Türkiyənin “Tayfun” ballistik raketinə sahib olduğunu təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin oktyabrın 18-də gizli şəkildə sınaqdan keçirilmiş yeni “Tayfun” ballistik raketinə sahib olduğunu təsdiqləyib.

“İndi bizim “Tayfun”umuz var və bu bizim ismarışımızdır”, – o, İstanbul Universitetində çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti iqtisadiyyatın mühüm sahələrindən birinin müdafiə sənayesi olduğunu vurğulayıb: “Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə Türkiyənin müdafiə məmulatlarının ixracının həcmi 250 milyon dollardan 3 milyard dollara yüksəlib”.

Dövlət başçısı Türkiyədə 20 il ərzində müdafiə layihələrinin sayının 62-dən, təxminən, 750-yə çatdığını, büdcənin isə 5,5 milyard dollardan 75 milyard dollara yüksəldiyini deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər