Finlandiya hökuməti Rusiya vətəndaşlarının daşınmaz əmlak əməliyyatlarına tam qadağa qoyulması məsələsini öyrənəcək.
Bu barədə ölkənin müdafiə naziri Antti Kaykkonen “Aamulehti” qəzetinə müsahibəsində bildirib.
O, bu məsələnin əvvəllər araşdırılmadığını və Finlandiya Nazirlər Kabinetinin bu məsələ ilə bağlı heç bir qərar qəbul etmədiyini diqqətə çatdırıb.
Müdafiə Nazirliyinin təklif etdiyi qanun layihəsinə görə, nazirlik əmlak satınalmalarının maliyyələşdirilməsinin mənşəyini öyrənmək hüququna malik olacaq.
Həmçinin, nazirlik belə bir əməliyyatın milli təhlükəsizliyə təhdid yaratdığını hesab edərsə, rusların daşınmaz əmlak almasına qadağa qoya biləcək.