2022-ci ilin doqquz ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 213 milyon 22 min 100 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 29.2 faiz çoxdur.
Banker.az Naxçıvan Statistika İdarəsinə istinadən xəbər verir ki, verilmiş kreditlərin 17 milyon 554 min 800 manatı və yaxud 8.2 faizi qısamüddətli, 195 milyon 467 min 300 manatı və yaxud 91.8 faizi uzunmüddətli kreditlər olub.
Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar isə 4 milyon 578 min 100 manat olmuşdur ki, bunun da 1 milyon 14 min 100 manatını könüllü, 3 milyon 564 min manatını isə icbari sığorta təşkil etmişdir.