7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan pensiyalar ilə bağlı Özbəkistanla əməkdaşlıq edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumu çərçivəsində Dövlət Sosial Müdafiə Fondu ilə Özbəkistanın Büdcədənkənar Pensiya Fondu arasında Niyyət Protokolu” imzalanıb. Sənədi Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov və Özbəkistanın Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Əbdüləziz Haydarov imzalayıblar.

Banker.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, protokolda dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində hər iki qurumun qarşılıqlı faydalı əlaqələr qurmaq niyyəti ifadə olunur.

Sənəddə pensiya təyinatı, hesablanması, pensiya təminatı ilə bağlı qanunvericilikdə dəyişikliklər, bu sahədə təcrübə və məlumat mübadiləsi və s. kimi sahələrdə əməkdaşlıq istiqamətləri əksini tapir.

Son xəbərlər
Digər xəbərlər