14 C
Baku
Sunday, November 24, 2024

Peskov: “Türkiyənin qaz alqı-satqısında mövqeyindən sui-istifadə edəcəyi qorxusu yoxdur”

Kreml Türkiyənin qaz alqı-satqısında Rusiya ilə əməkdaşlıqda mövqeyindən sui-istifadə etməsi üçün heç bir səbəb görmür.

Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Dünyada qaz ticarəti konyukturası var və təbii ki, heç kim ağılın hüdudlarından kənara çıxmayacaq, türk tərəfdaşlarımız bunu başa düşür, biz də bunu başa düşürük. Ona görə də biz burada belə narahatlığa əsas görmürük”, – deyə o bildirib.

Bundan əvvəl Türkiyənin maliyyə və xəzinə naziri Nurəddin Nəbati “Financial Times”ə bildirib ki, Türkiyə Rusiya qazı üçün ödənişlərin bir hissəsinin təxirə salınması və ona endirimlərin mümkünlüyü ilə bağlı “yaxşı xəbərlər” gözləyir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər