14 C
Baku
Saturday, November 23, 2024

Dövlət Neft Fondu 4.5 mlrd.-lıq geriləməni etiraf etdi – Qlobal böhran investisiya portfelini ‘vurub’

2022-ci ilin 3-cü rübünədək beynəlxalq maliyyə bazalarında yaşananlar Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində də öz əksini tapmıb.

Bu barədə Banker.az Azərbaycanın suveren fondunun açıqlamasına istinad edir.

Belə ki, qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geo-siyasi gərginliyin dərinləşməsiÇin-ABŞ ticarət zəncirinin tam bərpa olmaması maliyyə bazarlarının qabaqcıl risklərindəndir və bu sadalananlar maliyyə aktivlərinin qiymətlərinə mənfi təsir etmişdir.

Dövlət Neft Fondu həmçinin əlavə edir ki,  2-ci rüblə müqayisədə iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasətinin inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi və Böyük Britaniyadakı hakimiyyətin fiskal siyasətindəki qərarsızlıq son rübdə investorlar tərəfindən əlavə çağırışlar kimi səciyyələnir. Fondun analitiklərinaə görə bu da həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olub.

Eyni zamanda, ABŞ Mərkəzi bankının inflyasiya tədbirlərinin, o cümlədən əhəmiyyətli faiz artımının digər ölkələr ilə müqayisədə daha böyük olması və daha öncə baş tutması ABŞ dollarına tələbə əlavə dəstək olmuş və nəticədə digər ölkələrin valyuta məzənnələrinin dollara nisbətdə əhəmiyyətli dəyərsizləşməsinə səbəb olub.

Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir.

“Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində realizə edilməmiş müvəqqəti geriləmələrlə müşahidə olunub”- deyə, ARDNF bildirir.

Ötən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 milyard 521 milyon manat azalma müşahidə olunub.

ARDNF dünyanın 26 ölkəsindən 1600-dən çox şirkətə 14 valyutada yatırım edib. Ən böyük yatırımlar isə beş qlobal şirkətlə bağlı olub.

ARDNF “Apple Inc”nin 3.7%(211 mln. dollar), “Microsoft”un 3%(173 mln. dollar), “Google”un 2.1%(121 mln. dollar), “Amazon”un 1.6%(92 mln. dollar) və “Nestle SA”nın 1.5% (86 mln. dollar) səhminə yatırım edib.

 

Son xəbərlər
Digər xəbərlər